Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 4,4 bal gücündə zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə Fəlakətlərin İdarə Edilməsi İdarəsi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 14:41-də Dulkadiroğlu rayonunda qeydə alınıb. Zəlzələnin ocağı 10,53 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.
Qeyd edək ki, 2023-cü ilin fevral ayında Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib. Yeraltı təkanlar son 84 ildə ölkə üçün rekord vurub.