Meksikanın qədim Teotihuakan xarabalıqları yaxınlığında tapılmış, dişləri mineral daşlarla örtülmüş qadın kəlləsi arxeoloqları təəccübləndirib.
Milli.Az lent.az-a istinadən bildirir ki, kəllə sümüyünün 1600 "yaşı" var.
Qadın öləndə 35-40 yaş aralığında olub və 19 küplə birlikdə dəfn edilib
Teotihuakanda tapılan kəlləni fərqləndirən ən önəmli xüsusiyyət, üst ön dişlərinin arasına yerləşdirilmiş iki yumru pirit daşıdır,
Meksikanın cənubunda və Mərkəzi Amerikanın Maya bölgələrində istifadə olunan bir texnika ilə insanlar dişlərinə estetik görkəm verir, bəzək vururdular. Kəllənin alt çənəsində isə işlənməmiş zümrüd daşından hazırlanmış protez diş var. Deformasiyaya uğramış qeyri-adi dərəcədə uzun kəlləyə yadplanetli adı verilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun