AZ

Kanalda tapılan meyit 29 yaşlı qızın imiş

Ötən gün axşam saatlarında Samur-Abşeron kanalının Şabran rayonunun Gəndob kəndi ərazisindən keçən hissəsində aşkarlanan meyitin kimə məxsus olması müəyyənləşib.
BUTA.TV xəbər verir ki, meyitin Xaçmaz rayonu, Hacıəlibəy kənd sakini, 1995-ci il təvəllüdlü Cəfərova Kübraxanım Cəlil qızına məxsus olduğu bəlli olub. Onun oktyabrın 3-də itkin düşdüyü bildirilir. 29 yaşlı qızın hansı səbəbdən Samur-Abşeron kanalına düşdüyü məlum deyil.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
33
5
buta.tv

10Mənbələr