İsrail Ordusunun (IDF) 401-ci Tank Briqadasının komandiri polkovnik Ehsan Əqsa Qəzza zolağının şimalında döyüşlər zamanı həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə “Times of Israel” xəbər yayıb.
İsrail ordusunun ilkin araşdırmasına görə, Cəbəliyyədə əməliyyatlar zamanı Əqsanın tankı və daha bir tank partlayıcı qurğularla vurulub.
41 yaşlı Əqsa Qəzzada gedən döyüşlərdə həlak olan ən yüksək rütbəli zabitlərdən biridir. Eyni hadisədə daha bir məmur ağır yaralanıb.