AZ

Braziliya Prezidentinin başına nə iş gəlib?

Braziliya Prezidenti Lula da Silvanın zədəsinin təfərrüatları məlum olub.

Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, siyasətçi iqamətgahında başından zərbə alıb. Bu səbəbdən o, Kazanda keçiriləcək BRICS sammitində iştirak üçün Rusiyaya səfərini ləğv etmək məcburiyyətində qalıb.

Sammit oktyabrın 22-də başlayacaq və Braziliya lideri yerli vaxtla bu axşam ora uçmağı planlaşdırırdı.

Lakin 78 yaşlı prezident yıxılaraq başının arxasından zədə alıb.

phrase_var_article.chosen
96
9
publika.az

10phrase_var_article.sources