Çinin kommersiya bankları bazar ertəsi günü gözlənilən addımla öz əsas kredit faiz dərəcələrini endirdilər.
Banker.az xəbər verir ki, bu, siyasətçilərin zəifləmiş iqtisadiyyatı gücləndirmək səylərini artırdıqları bir zamanda baş verib.
Çinin Xalq Bankı birillik və beşillik kredit üzrə əsas faiz dərəcələri müvafiq olaraq 25 baza bəndi aşağı salınaraq 3.1% və 3.6%-ə endirib.
Çinin Xalq Bankının sədri Pan Qonqşenq, cümə günü Pekində keçirilən maliyyə forumunda etdiyi çıxışda bu faiz dərəcələrinin azaldılacağını əvvəlcədən elan etmişdi. Ötən həftə Çinin aparıcı kommersiya bankları depozit faizlərini ikinci dəfə aşağı salmışdı, bu da əsas kredit faizlərinin aşağı salınmasına zəmin yaratmışdı.
Çində yeni verilən və mövcud kreditlərin əksəriyyəti birillik əsas kredit faiz dərəcəsi ilə müəyyən edilir, beşillik faiz dərəcəsi isə ipoteka kreditlərini tənzimləyir.
Faiz dərəcələrinin aşağı salınması sentyabr ayında Çin hakimiyyət orqanları tərəfindən elan edilən bir sıra stimul tədbirləri çərçivəsində həyata keçirilib. Artan qeyri-müəyyənliyə baxmayaraq, Çinin iqtisadiyyatı ilin üçüncü rübündə, ötən illə müqayisədə, 4.6% artıb ki, bu da son altı rüb ərzində ən yavaş artım tempidir.