AZ

Moldovada Avropa İttifaqı ilə bağlı referendum keçirildi - TƏHLİL

Dünyanın gözü Moldovada baş tutan seçkilər və ən əsası, referendumun nəticələrindədir. Həm seçkilər, həm də referendumun nəticələri moldovanların hazırda iki yerə parçalandıqlarını və mütləq çoxluğun olmadığını göstərdi”.

News365.az xəbər verir ki, bu fikirləri politoloq Zaur Məmmədov deyib. O bildirib ki, referendumda Moldova sakinlərindən “Siz Moldova Respublikasının Avropa İttifaqına daxil olması üçün Konstitusiyaya dəyişiklik edilməsinin tərəfdarısınızmı?” sualına cavab vermələri istənilib:

“Plebisitin etibarlı hesab edilməsi üçün seçki siyahılarına daxil olanların üçdə birinin orada iştirak etməsi lazım idi. Müvəffəqiyyətli olarsa, konstitusiyanın preambulasına bu sözlər əlavə olunacaqdı: “Moldova Respublikası xalqının avropalı kimliyini və Moldova Respublikasının Avropa kursunun dönməzliyini təsdiq edərək, Avropa İttifaqına inteqrasiyanı strateji əhəmiyyət kəsb edən elan etməklə. Moldova Respublikasının məqsədi”. Əsas Qanun, həmçinin Moldovanın Aİ-nin təsisçi müqavilələrinə qoşulmasının parlament qanunu ilə müəyyən ediləcəyini bildirən yeni bölmə ilə tamamlanacaqdı. Orada həmçimin göstərilirdi ki, "bu müqavilələr və hüquqi aktlar daxili qanunvericiliyin ziddiyyətli müddəalarından üstün olacaq" .

Yaş qrupları və şəhər - rayonlar arasında seçicilərin əhvalı.

Bu referendum,həm də, muxtar respublikalarda maraqlı nəticələri ilə yadda qalıb. Qaqauziyada əhalinin 90 % çoxu Aİ- yə yox deyərkən (gözlənildiyi kimi), Dnestryanı ərazidə iştirakçıların cəmi 60%-dən çoxu Qərbə yox deyib. Cəmi sözünü ona görə qeyd edirəm ki, Dnestryanı ərazi adəti üzrə Rusiyaya yaxınlığı ilə seçilir və yəgin ki, bu nəticələr bir qədər təəcüblüdür. ( səbəbləri haqqında növbəti dəfə).

Digər maraqlı, əslində isə, gözlənilən nəticə paytaxt Kişinyovla bağlıdır. Burada əhalinin daha çox hissəsi Sanduya, əksəriyyəti isə, referendumda Aİ - yə üzvlüyə səs verib. Əgər gecə saatlarında artıq bir çoxları referendumun nəticələri üzrə "lehinə" və "əleyhinə" arasında fərqin 10- 15 % olacağını düşünürdülərsə, erkən səhər saatlarında paytaxtdakı nəticələrin hesablanmasından sonra "hə" və "yox" deyənlər arasında fərq demək olar ki, bərabərləşdi.

Yeri gəlmişkən, burada ən maraqlı məqam ondan ibarətdir ki, əgər seçki qutularının 90% açılarlən səslər arasında fərq 54 % əleyhinə, 46 % lehinə idisə, 96 % protokolların hesablanmasından sonra nəticələr müvafiq olaraq 51 - 49 göstərirdi. Bakı vaxtı ilə saat 10.00 da isə, səslər demək olar ki, bərabərdir. Müxalifət MSK - nı günahlandırsa da, hakimiyyət paytaxt və diasporanın nəticələrə təsir etdiyi qeyd edir.

Keçək yaş qruplarına.

18-25 yaşlı gənclər sensasiya yaradıb. Əgər əvvəllər onların iştirakı haradasa maksimum 40-45% civarında idisə, bu seçkilərdə - 60% iştirak var. Bu nəhəng sıçrayış yeni nəslin ölkənin gələcəyinə marağının artmasından xəbər verir.

56-75 yaş arası yaşlılar qeyri-adi fəallıq nümayiş etdirdilər. Bu yaş qrupunun 80%-dən çoxu səsvermədə iştirak etdi. Bu hal ölkə üçün çox vacib siyasi qərarların alınacağı seçki və referendumda onların öz mövqelərini nümayiş etdirməsini göstərdi. Çox güman ki, bu yaş kateqoriyasında olan insanların bu dəfə daha kütləvi halda iştirak etməsi həm seçkinin, həm də referendumun nəticələrinə təsir edən amillərdən biridir.

Beləliklə, əgər prezident seçkilərində Qərb və Rusiyapərəst namizədlər arasında fərq yarı - yarıya deyil, nisbi çox formasında oldusa, referendumun nəticələri vətəndaşları tam olaraq 50 - 50 -yə böldü. Bu, həm də, insanların plebissitə daha həssaslıqla yanaşması ilə bağlıdır. Çünki, söhbət təkcə Moldovanın Aİ üzvü olmasından deyil, hansı ərazilərlə Qərbin ən vacib institutunun üzvü olmasından gedir.

Nəticələr bir daha göstərdi ki, Gürcüstanda, Ukraynada, Ermənistanda olduğu kimi Moldovada da cəmiyyət iki hissəyə parçalanıb. Böyük ehtimalla, Moldovanın gələcəyi Ukraynadakı vəziyyət sabitləşdikdən sonra məlum olacaq. Ya parçalanan Moldovanı görəcəyik, ya da digər Moldovanı”.

News365.az

Seçilən
43
50
news365.az

10Mənbələr