AZ

Ermənistan delimitasiya reqlamentinin ratifikasiya müzakirəsinə BAŞLADI

Ermənistan baş nazirinin müavini Mher Qriqoryan hesab edir ki, Ermənistan və Azərbaycan sərhədinin demarkasiyası üzrə komissiyaların reqlamentinin ratifikasiyası prosesi sinxron şəkildə gedir.


Modern.az xəbər verir ki, Mher Qriqoryan bu gün, oktyabrın 21-də jurnalistlərlə söhbətində belə deyib:

“Mən Azərbaycanda bu prosesin hansı mərhələdə olduğunu bilmirəm, amma imzalanma məntiqi onu göstərir ki, bu, eyni vaxtda baş verməlidir”.
 

“Azərbaycanın reqlamenti ratifikasiya etməyəcəyindən ehtiyat edirsinizmi”  sualına o, belə cavab verib: “Düşünmürəm ki, bu, uzun çəkəcək”.


Kommunikasiyaların açılması ilə bağlı üçtərəfli komissiyanın iclaslarının davam etmədiyinə toxunan baş nazirin müavini deyib:

“Elə fundamental məsələlər var ki, onların üzərində konsensus olmalıdır. Bu konsensus mövcud olana qədər detalların müzakirəsinə davam etməyin mənası yoxdur”.

Qeyd edək ki, bu gün, oktyabrın 21-də parlamentin Xarici Əlaqələr Daimi Komissiyasında delimitasiya komissiyalarının reqlamentinin ratifikasiyas məsələsi müzakirəyə çıxarılıb.

Ermənistan Konstitusiya Məhkəməsi reqlamentin ölkə Konstitusiyasına zidd olmadığına qərar verib.
 

Xatırladaq ki, Azərbaycanla Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnaməni müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalayıblar.

Bu sənədə görə, İrəvan və Bakı 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq demarkasiyanı həyata keçirməyə razılaşıblar, lakin bu razılaşma yekun deyil. Reqlamentdə qeyd olunur ki, proses gələcəkdə sülh sazişi qəbul edildikdən sonra başqa prinsiplərə uyğun davam etdirilə bilər.

Əsasnamədə delimitasiya işlərinin təşkili və müvafiq sənədlərin qəbulu, dövlət sərhədinin keçməsini təsvir edən protokolun tərtib edilməsi, müvafiq miqyasda delimitasiya xəritəsinin tərtibi, ekspert qruplarının işi nəzərdə tutulub. Onun əsasında qəbul ediləcək əsasnamə və sənədlərin delimitasiya işlərinin tam gedişini təmin etmək üçün hüquqi bazanı tamamlayacağı iddia edilir.
 

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin 13 kilometrlik hissəsi (Qazax rayonu istiqamətində-red.) demarkasiya edilib.

Seçilən
4
8
modern.az

9Mənbələr