Moldovanın hazırkı prezidenti Maya Sandu prezident seçkilərində 42,45%, keçmiş baş prokuror Aleksandr Stoyanoqlo isə 25,99% səs toplayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu ilkin nəticələr Mərkəzi Seçki Komissiyası tərəfindən protokolların 100%-i açıldıqdan sonra dərc edilib.
"Bizim partiya"nın lideri Renato Usatii 13,79% səslə üçüncü yerdədir.