AZ

Sudanda göyərtəsində Rusiya vətəndaşlarının olduğu təyyarə vurulub - VİDEO

Sudanda Rusiya vətəndaşların olduğu ehtimal edilən təyyarənin vurulması barədə məlumat yayılıb.

İqtisadiyyat.az xəbər verr ki, bu barədə Rusiyanın Sudandakı səfirliyi öz teleqram kanalında məlumat yayıb.

Qeyd edilir ki, hadisə Darfur bölgəsində baş verib. Bu, vəziyyəti mürəkkəbləşdirir, çünki həmin ərazi hazırda döyüşlərin davam etdiyi zonadadır.

Həmçinin, Sudandakı "Sürətli Reaksiya Qüvvələri" (Rapid Support Forces) adlı hərbi təşkilatın ölkə ərazisində yük təyyarəsinin vurulduğunu və içərisində rusiyalıların ola biləcəyini bəyan etdiyi bildirilib.

Vurulan təyyarənin BƏƏ-yə məxsus olduğu da deyilir. 

 

Seçilən
31
1
iqtisadiyyat.az

2Mənbələr