AZ

"Beşiktaş"ın qapıçısı zədə səbəbindən qarşıdakı iki oyunu buraxacaq

Türkiyənin "Beşiktaş" kollektivinin qapıçısı Mert Günok zədə səbəbindən qarşıdakı iki oyunu buraxacaq.

Klubun mətbuat xidməti xəbər verir ki, Türkiyə millisinin qolkiperi ötən gün Superliqanın IX turunda "Konyaspor"a qarşı keçirilən matçda sol çiynindən zədə alıb.

O, oktyabrın 24-də UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda "Lyon"a (Fransa) qarşı və 4 gün sonra Superliqada "Qalatasaray"la matçı buraxmalı olacaq.

Qeyd edək ki, M.Günok cari mövsüm "Beşiktaş"ın heyətində 12 görüşdə meydana çıxıb və qapısında 13 qol görüb. 5 qarşılaşmada isə çərçivəni toxunulmaz saxlayıb.

"Cebheinfo.az"

Seçilən
0
2
cebheinfo.az

4Mənbələr