AZ

İncədən Gülənin cəsədinin gətirilməsinə reaksiya: Çirkləndirməyin!

Onun dirisini qaytara bilmədinizsə, cəsədini qəbul etməyin. Torpaqlarımızı çirkləndirməyin!

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Vətən Partiyasının sədri Məhərrəm İncə Fətullah Gülənin cəsədinin Türkiyəyə gətiriləcəyi ilə bağlı müzakirələrə münasibəti zamanı bildirib.

“2018-ci ildə prezidentliyə namizəd olanda “FETÖ-nu Türkiyəyə gətirəcəyəm və o, mühakimə olunacaq” demişdim. Amma siz onu ekstradisiya edib, məhkəməyə verə bilmədiniz. Dirisini qaytara bilmədiyinizin cəsədini qəbul etməyin!” – İncə X hesabında yazıb.

Qeyd edək ki, FETÖ lideri Fətullah gülen ötən gün ABŞ-da yerləşirildiyi xəstəxanada ölüb. Onun vəziyyətinin üzə çıxdığı və Türkiyədə, anasının yanında basdırılmaq istədiyi iddia edilir.

Seçilən
17
axar.az

1Mənbələr