AZ

Azərbaycandan hansı maliyyə kəşfiyyatı orqanlarına məlumat göndərilib?

2023-cü ildə Maliyyə Monitorinqi Xidməti (MMX) 64 ölkənin xarici maliyyə kəşfiyyatı orqanlarına 126 məlumat göndərib. Bu da 2022-ci ilin müvafiq göstəricisindən (37) 89 vahid və ya 3,4 dəfə çoxdur.

Bu barədə Publika.az MMX-ya istinadən xəbər verir ki, məlumatın göndərildiyi ölkələrin sayı 2022-ci ilin müvafiq göstəricisindən (32) 32 vahid və ya 100 faiz daha çox olub. 2023-cü ildə göndərilən məlumatların 48,4 faizi Türkiyə, Rusiya, ABŞ, Ukrayna, BƏƏ, İsveçrə, Gürcüstan, Belarus, Litva, İtaliya, Birləşmiş Krallıq və Kiprin payına, 51,6 faizi isə 52 fərqli ölkənin payına düşüb.

Həmçinin, ötən il Xidmətə 25 xarici ölkənin maliyyə kəşfiyyatı orqanından 57 məlumat daxil olub ki, bu da 2022-ci ilə nisbətən müvafiq olaraq 13,8 % və 6,6 % azdır.

Seçilən
6
2
publika.az

3Mənbələr