AZ

Fətullah Gülənin ölümündən sonra ABŞ-dan ilk açıqlama gəldi

Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin ölümü ilə bağlı ilk açıqlama ABŞ-dan gəlib. ABŞ rəsmiləri məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.

Turkustan.az xəbər verir ki, gündəlik mətbuat konfransında ABŞ Dövlət Departamentinin sözçüsü müavini Vedant Patelə Gülənin ölümü ilə bağlı sual verilib.

Patel, "Mən xəbərləri görmüşəm, amma təklif edəcəyim heç bir şey yoxdur. ABŞ-da yaşayan özəl şəxsləri maraqlandıran məsələlərə münasibət bildirmirəm" dedi. Deyərək sualı rədd etdi.

Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyalar üzrə müşaviri Con Kirbi onlayn mətbuat konfransında FETÖ liderinin ölümü ilə bağlı Vaşinqtonla Ankara arasında hər hansı bir əlaqənin olub-olmaması sualına belə cavab verib: “Hazırda heç bir şey yoxdur”.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
2
3
turkustan.az

5Mənbələr