AZ

Qərb Gürcüstana Rusiya ilə yeni müharibəyə başlamağı təklif edib

“TASS” xəbər verir ki, İvanişvili Gürcüstanın “İmedi” telekanalına müsahibəsində Qərb rəsmisinin Qaribaşviliyə Rusiya ilə müharibəyə başlamasını təklif etdiyi barədə məlumat paylaşıb.

İvanişvilinin sözlərinə görə, hərbi münaqişə üç-dörd gün davam edəcəkmiş, bundan sonra Gürcüstan partizan müqavimətinə keçməli olacaqmış. “Mən keçmiş baş nazir İrakli Qaribaşvilinin mənə dediklərini xatırlayıram. Ölkələrdən birinin yüksək rütbəli məmurlarından biri onunla söhbət edib”, - İvanişvili izah edib.

Qaribaşvili belə bir təklifin mümkünlüyünə şübhə ilə yanaşaraq, Gürcüstanın Rusiyaya nə qədər müqavimət göstərə biləcəyini soruşub. Buna cavab belə olub: “Üç-dörd gün. Sonra meşədə partizan hərəkatına başlaya bilərsiniz. Biz sizə kömək edəcəyik, siz də oradan döyüşəcəksiniz”. İvanişvili vurğuladı ki, bu cür təkliflər ölkə üçün fəlakətlə nəticələnə bilər, çünki “üç-dörd milyon” gürcü həyatlarını riskə atacaq.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Gürcüstanın daxili işlərinə qarışmır, Qərb dövlətləri isə bu ölkədəki seçki kampaniyasına birbaşa təsir göstərir.

Almaz Həsənli

Seçilən
34
oxumeni.az

1Mənbələr