AZ

"Ayaks"ın zədəli ulduzlarının son durumu: "Qarabağ"a qarşı oynayacaqlar?

UEFA Avropa Liqasının 3-cü turunda “Qarabağ”la qarşılaşacaq “Ayaks”ın zədəli olan iki aparıcı futbolçusunun durumu müəyyənləşib.

Publika.az xəbər verir ki, Niderland təmsilçisinin yarımmüdafiəçisi Cordan Henderson və hücumçusu Vaut Veqhorst Bakıda keçiriləcək görüşdə iştirak edə bilərlər. Hər iki ulduz zədəsini sağaldıb. Bu barədə sözügedən ölkənin KİV-ləri məlumat yayıb.

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ayaks” oyunu saat 20:45-də başlayacaq.

Seçilən
3
publika.az

1Mənbələr