Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Çexiyaya 790 milyon ABŞ dolları dəyərində 1,24 milyon tondan çox bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricilərini dəyər ifadəsində təqribən 49 faiz və ya 259,8 milyon dollar, həcm baxımından isə 36 faiz və ya 330,1 min ton üstələyir.
Qeyd edək ki, cari ilin ilk 9 ayı ərzində ölkədən ümumilikdə 11 milyard dollar dəyərində 17,6 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Çexiya 3-cü yerdə qərarlaşıb və ixrac həcminin 7,08 faizi məhz bu ölkənin payına düşüb.