AZ

Heydər Əliyev prospekti bağlanıb - Yolda uzun tıxac yaranıb + VİDEO

Ötən gün paytatxa yağan güclü yağış nəticəsində Heydər Əliyev prospektində Bağırov körpüsünün altında yerləşən tuneli su basıb.

Bu səbəbdən bir neçə avtomobilin batdığı tuneldə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hazırda qurumun əməkdaşları tərəfindən ərazidə işlər davam etdirilir.

Qeyd edək ki, prospektin əsas hissəsinə nəqliyyat vasitələri buraxılmadığından yollarda ucu-bucağı görünməyən tıxaclar yaranıb.

"AzPolitika.info"

Seçilən
21
azpolitika.info

1Mənbələr