AZ

Ukrayna müharibə bitmədən NATO üzvü olacaq? - AÇIQLAMA

"Rusiya ilə Ukrayna arasındakı proseslərin bu nöqtəyə gəlib çıxmasının səbəbi məhz rəsmi Kiyevin Avropa İttifaqı və NATO-ya üzv olmaqla bağlı verdiyi bəyanatlar oldu". 

Bu sözləri politoloq Elçin Abdullayev Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, Kreml isə Ukraynanın bu mövqeyini qəbul etmədi:

"Yəni proseslərin başlanmasına əsas səbəb Ukraynanın Qərbə inteqrasiya cəhdi idi. Lakin indiki məqamda Ukraynanın NATO-ya üzv olacağı inandırıcı görünmür". 

360606

Politoloq son günlərdə Kamala Harrisin ABŞ prezidenti seçiləcəyi təqdirdə, Ukraynanın NATO-ya dəvət olunacağı iddialarına da münasibət bildirib:

"Ümumiyyətlə, hər hansısa dövlətin NATO-ya üzv olması üçün sadəcə ABŞ-nin rəyi kifayət etmir. NATO-nun nizamnaməsinə görə alyansa üzv olan bütün dövlətlərin rəyi olmalıdır. Hətta Kamala Harris ABŞ Prezidenti seçilsə və Ukraynanın NATO-ya üzv olması üçün çalışsa belə, hansısa alyans dövləti buna qarşı çıxsa proses dayanar. Yəni hansısa alyans ölkəsi qarşı çıxacağı təqdirdə, Ukrayna NATO üzvü ola bilməyəcək. Lakin bunun olması NATO-nun Ukraynanı müharibə meydanında tək buraxacağı demək də deyil".

Ekspert qeyd edib ki, Ukrayna alayns üzvü olmamasına rəğmən, müharibədə NATO hərbçilərinin və üzv dövlətlərin kəşfiyyatının böyük rolunu olduğunu hər kəs bilir:

"NATO-ya məxsus silah-sursatların Ukraynada istifadə olunması de-fakto Rusiyanın NATO ilə müharibə apardığını göstərir. Hesab edirəm ki, müharibə bitmədən Ukraynanı NATO-ya üzv qəbul etməyəcəklər. Çünki Ukrayna NATO üzvü olacağı təqdirdə, alyansa üzv olan digər ölkələr də prosesə qoşulmalı və Rusiyaya ilə açıq müharibəyə girməlidirlər. 

Lakin nüvə silahı olduğu üçün hazırkı məqamda başda ABŞ olmaqla, NATO dövlətləri hərb meydanında Rusiya ilə açıq savaşa girməzlər. Çünki dünya nüvə silahından istifadə təhlükəsi ilə üz-üzə qala bilər. O baxımdan indiki şəraitdə müharibə davam edərkən Ukraynanın NATO üzvü olacağı iddiaları inandırıcı deyil". 

Pərviz

Seçilən
91
50
hit.az

10Mənbələr