AZ

Bakıda məktəbin hasarı uçdu, tədris müvəqqəti dayandırıldı

Azərbaycanda müşahidə edilən yağıntılı hava şəraiti səbəbindən Bakının 123 nömrəli tam orta məktəbinin həyətyanı ərazisini əhatə edən hasarın bir hissəsi uçub.

E-huquq.az xəbər verir ki, bu barədə məktəbdən məlumat verilib.

Bildirilib ki, məsələ ilə bağlı dərhal müvafiq qurumlara müraciət edilib:

"Hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirilir. Oktyabrın 22-də məktəbdə tədris prosesi müvəqqəti olaraq dayandırılıb",- deyə məlumatda qeyd edilib.

Seçilən
31
33
e-huquq.az

10Mənbələr