AZ

​Ərəb Dövlətləri Liqası fövqəladə toplantı keçirir

Ərəb Dövlətləri Liqası İsrail ordusunun Qəzza zolağında Fələstin xalqına qarşı törətdiyi soyqırımın dayandırılması üçün fövqəladə toplantı keçirəcək. Metbuat.az xəbər verir ki, bu barədə Ərəb Liqası yazılı açıqlama verib. Açıqlamada deyilir ki, Fələstinin çağırışından sonra Ərəb Liqası daimi nümayəndələr səviyyəsində fövqəladə toplantı keçirmək qərarına gəlib. Bildirilib ki, daimi nümayəndələr Misirin paytaxtı Qahirədə bir araya gələrəcək. İclasda, törədilən soyqırım və məcburi köçkün cinayətlərinin dayandırılması üçün beynəlxalq və ərəb ölkələri səviyyəsində hansı addımların atıla biləcəyi müzakirə ediləcək.

Fələstinin Ərəb Liqasındakı Daimi Nümayəndəsi Muhenned əl-Akluk bəyan edib ki, Ərəb Liqası İsrailin tarixdə misli görünməmiş bu cinayətlərə görə tarixi məsuliyyətini öz üzərinə götürməlidir.

Seçilən
13
6
metbuat.az

7Mənbələr