AZ

Azərbaycan İstanbuldakı “SAHA EXPO 2024” Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində iştirak edir (FOTO)

Bakı. Trend:

Oktyabrın 22-də İstanbulda “SAHA EXPO 2024” Beynəlxalq Müdafiə,Aviasiya və Kosmik Sənaye Sərgisi işə başlayıb.

Trend xəbər verir ki,Azərbaycanı tədbirdə Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəfəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QapalıSəhmdar Cəmiyyəti təmsil edir.

Sərgidə açılan Azərbaycan stendində 57 adda müdafiə təyinatlıməhsullar təqdim olunub. Bura iri və orta çaplı snayper tüfəngləri,müxtəlif çaplı minaatan, avtomatlar, iri çaplı pulemyotlar,avtomatik top və qumbaraatanlar, eləcə də həmin silahlarınsursatları daxildir.

Sərgidə Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayevinrəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.

“SAHA EXPO 2024” 1200-dən çox firması, 29 universiteti iləTürkiyənin və Avropanın ən böyük sənaye sərgisi olan “SAHAİstanbul” tərəfindən, Türkiyə Respublikasının PrezidentAdministrasiyasının himayəsində, qardaş ölkənin bir sıranazirlikləri, eləcə də digər mülki və hərbi dövlət qurumlarınıniştirakı və dəstəyi ilə keçirilir.

Oktyabrın 26-dək davam edəcək tədbir İstanbul Sərgi Mərkəzinin 8sərgi salonunda, qapalı və açıq sahə olmaqla ümumi 90 minkvadratmetrlik ərazidə təşkil olunub.

Bu il dördüncüsü keçirilən “SAHA EXPO”da 1400-dən çox nümayəndə,o cümlədən dünyanın müxtəlif ölkələrindən 300-dən çox rəsmi və150-dən çox ticarət nümayəndəliyi iştirak edir.

Ümumilikdə 300-dən çox məhsulun təqdim edildiyi tədbirdə 200-dənartıq imza mərasiminin keçirilməsi nəzərdə tutulur.

Türkiyənin yüksələn müdafiə və aviasiya istehsal potensialını,eləcə də müstəqil istehsal gücünü sərgiləmək üçün beynəlxalqplatforma kimi xidmət edən sərgidə müdafiə, aviasiya, dənizçilik vəkosmik sənayenin strateji əhəmiyyətə malik bir çox yüksəktexnologiyalı məhsulları təqdim olunur.

“SAHA EXPO 2024”ə təqdim olunan məhsullardan bəziləri ilk dəfəsərgilənir.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
47
6
az.trend.az

7Mənbələr