AZ

"Azəriqaz"ın nümayəndəsindən vacib açıqlama: "Baş verən hadisələr əhaliyə təsəlli olmayacaq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Fors-major hallar bütün ölkələrdə var. Amma başqa yerlərdə baş verən hadisələr əhaliyə təsəlli olmayacaq".
Bunu Baku TV-nin "Baku aktual" verilişində bu gün ölkə ərazisində yağan güclü yağışdan sonra yaranan vəziyyətə münasibət bildirərkən "Azəriqaz"ın şöbə müdiri Eldəniz Vəliyev deyib.
Nöqsanların bütün strukturlarda olduğunu xatırladan qurum rəsmisi bildirib ki, "Azəriqaz" qışda hansısa problemin yaşanmaması üçün ciddi işlər görür.
"Məsələn, hər il olduğu kimi, bu il də mayın 1-dən payız-qış mövsümünə hazırlıq prosesinə start vermişik. Qışa hazırlıq mərhələsində yeraltı xətlərin yerüstü dayaqlar üzərinə qaldırılması prosesini icra edirik, korroziyaya uğramış boru xətləri yeniləri ilə əvəz olunur və s.", - deyə o əlavə edib.
Daha ətraflı süjetdə:
Seçilən
5
oxu.az

1Mənbələr