Yuxu insan həyatında və fəaliyyətində əvəzi olmayan bir rejimdir.
Normal yuxu yatmaq insanın həm sağlamlığına, həm də gün ərzində fəaliyyətində enerjili olmasına təsir göstərir.
Maraqlıdır, insan nə qədər yuxusuz qala bilər?
Bununla bağlı maraqlı bir eksperiment keçirilib.
Bu eksperimentdə Randi Qardner adlı şəxs 11 gün yuxusuz qalıb. Bəzi insanlar buna görə də yuxusuz qalmağın limitini 11 gün olduğunu deyirlər. 11 gündən çox yuxusuz qaldığınız təqdirdə öləcəyinizi düşünürlər. Amma bunu heç kim yoxlamayıb.
Bəs, yuxusuz qaldıqda insan bədənində nə baş verir?
Mövzu ilə bağlı Hit.az-a açıqlama verən nevroloq Namiq Sultanov deyib ki, yuxusuz qalmaq insan bədəninə və sinir sisteminə çox güclü mənfi təsir göstərir:
“Yuxusuz olduqda bədən normal şəraitdə işləmir. Ümumi fiziki və əqli problemlər yaranmağa başlayır. Müşahidələr və araşdırmalar sayəsində müəyyən olub ki, 3 gün yuxusuz qaldıqdan sonra insanlar audiovizual hallüsinasiyalar, qarabasmalar belə görə bilirlər. Bundan savayı yuxunun sayəsində bizim sinir sistemimiz toksik sinir əlaqələrindən təmizlənir. Ona görə də yuxu normal həyati fəaliyyət üçün çox önəmlidir”.
Murad