AZ

Azərbaycan ilə Türkiyə arasında müdafiə sənayesi sahəsi üzrə müzakirələr aparılıb

 

İstanbul, 22 oktyabr, Günel Karatepe, AZƏRTAC

Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev “SAHA EXPO 2024” Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində iştirak məqsədilə Türkiyədə səfərdədir.

AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində nazir Vüqar Mustafayev Türkiyəni milli müdafiə naziri Yaşar Gülər və Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Baş İdarəsinin sədri Haluk Görgün ilə görüşüb. Görüşlərdə müdafiə sənayesi sahəsi üzrə müzakirələr aparılıb.

Xatırladaq ki, Azərbaycanı tədbirdə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti təmsil edir.

“SAHA EXPO 2024” sərgisində açılan Azərbaycan stendində 57 adda müdafiə təyinatlı məhsullar təqdim olunub. Bura iri və orta çaplı snayper tüfəngləri, müxtəlif çaplı minaatan, avtomatlar, iri çaplı pulemyotlar, avtomatik top və qumbaraatanlar, eləcə də həmin silahların sursatları daxildir.

 

Seçilən
100
3
azertag.az

4Mənbələr