AZ

Ukrayna və Fransa infrastrukturun bərpası üçün qrant sazişi imzalayıb

Ukrayna və Fransa infrastrukturun bərpası və inkişafı üçün 200 milyon avro dəyərində qrant sazişi imzalayıb.

Bu barədə Ukraynanın baş nazirinin müavini - iqtisadiyyat naziri Yuliya Sviridenko sosial şəbəkələrdə paylaşım edib.

\"Bu, bizə Ukrayna və Fransa şirkətləri ilə birlikdə ölkəmizin infrastrukturunun bərpası və modernləşdirilməsi üzrə layihələr həyata keçirməyə imkan verəcək addımdır”, - o bildirib.

Bu məbləğin yarısı bərpa layihələri üzrə Ukrayna malları və xidmətlərinin alınmasına xərclənə bilər, qalan məbləğ isə Fransa şirkətlərinə veriləcək.
 
///report
Seçilən
12
1
azxeber.com

2Mənbələr