Azərbaycanın cənub rayonlarında yağış, qar yağacaq, dolu düşəcək, çaylardan sel keçəcək.
Korrespondent.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Lənkəran-Astara bölgəsində oktyabrın 23-də fasilələrlə yağıntılı hava şəraitinin davam edəcəyi, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv və güclü yağışların, dolunun düşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var.
Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarında qısamüddətli daşqın və sel keçəcəyi ehtimal edilir.