AZ

Qarabağ və Şərqi Zəngəzurda ənənəvi yanacaq bioqaz və biodizellə əvəz ediləcək

SOCAR Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında karbon neytral zona kimi inkişaf etdirilməsi üçün həyata keçirəcəyi tədbirləri açıqlayıb.

"Operativ Media" SOCAR-ın 2023-cü il üzrə Davamlı inkişaf haqqında hesabatına istinadla xəbər verir ki, bu tədbirlərə emissiyaların azaldılması – enerji səməriliyinin artırılması, “CCU/CCUS” və s. kimi imkanların tətbiqi, elektrikli nəqliyyat vasitələri üçün regional infrastrukturun qurulması, qazın bərpaolunan enerji, H2, və digər yaşıl enerji həlləri ilə əvəz edilməsi daxildir.

Həmçinin şirkət yaşıl yanacaq istehsalını artırmaq üçün ənənəvi karbohidrogen yanacağını bioqaz və biodizellə əvəz edilməsi istiqamətində də tədbirlər həyata keçirəcək.

Seçilən
5
9
operativmedia.az

10Mənbələr