AZ

Polis miqrantların olduğu hosteli yandıran rusiyalını saxlayıb

Rusiyanın Tver vilayətində polis miqrantların olduğu hostelin yandırılmasında şübhəli bilinən şəxsi saxlayıb.

Qaziler.az bildirir ki, bu barədə İrina Volk Telegram kanalında məlumat verib.

Saxlanılan şəxs barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 167-ci (“Əmlakı qəsdən məhv etmə və ya zədələmə”) maddəsi ilə cinayət işi başlanıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, yanğın törədən şəxs ikinci mərtəbədəki dəhlizə tez alışan maye tökən sakinlərdən biri olub.

Onun qarşısını almaq istəyəndə o, hosteli yandırıb və dərhal gözdən itib. Yanğından qaçmaq istəyən qonaqlardan biri ikinci mərtəbədən tullanarkən xəsarət alıb.

Dəymiş ziyanın məbləği müəyyənləşdirilir.

QAZİLER.AZ

Seçilən
22
qaziler.az

1Mənbələr