AZ

Təhsil İnstitutu peşə təmayüllü siniflərdə monitorinq aparır – FOTO

Təhsil İnstitutunun Peşə və ömürboyu təhsilin proqramları şöbəsinin təşkilatçılığı ilə respublikanın müxtəlif bölgələri üzrə ümumi təhsil məktəblərində təşkil olunan peşə təmayüllü siniflərdə monitorinqlərin keçirilməsinə başlanılıb.

İnstitutdan Doğru.az-a bildirilib ki, ümumilikdə 200 peşə təmayüllü siniflərdə monitorinqin keçirilməsi nəzərdə tutulub.

Monitorinq peşə təmayüllü siniflərdə infrastrukturun vəziyyəti, maddi-texniki bazanın yararlılığının müəyyənləşdirilməsi, tədris prosesinin səmərəliliyi, şagird səriştələrinin inkişafı, proqnozların və inkişaf perspektivlərinin müəyyən edilməsi məqsədilə hazırlanmış fəaliyyət indikatorları əsasında peşəkar monitorinq mütəxəssisləri tərəfindən həyata keçirilir.

DOĞRU.AZ

image-17296073005899012220_1200x630 image-1729607300111942389_1200x630 image-17296073002649129790_1200x630 image-17296073006131631036_1200x630

Seçilən
1
11
dogru.az

10Mənbələr