AZ

Azərbaycanın sığorta şirkətləri 1 milyard manatdan çox haqq yığıb

2024-cü ilin yanvar-sentyabr ayında Azərbaycanda sığorta yığımlarının həcmi 1 milyard 24 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9.4% çoxdur.

Banker.az bu barədə AMB-yə istinadən xəbər verir.

Sığorta şirkətlərinin etdiyi ödənişlərin həcmi isə 553 milyon 746 min manat olub ki, bu da 38.3% artım deməkdir.

Ötən ilin eyni dövründə sığorta yığımlarının həcmi 935 milyon 935 min manat, sığorta ödənişlərinin həcmi isə 400 milyon 387 min manat olub.

Seçilən
1
1
banker.az

10Mənbələr