AZ

İki yaşlı Fatimənin anası: "O bizim yeganə övladımızdır, müalicə üçün dəstəyə ehtiyacımız var"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İki yaşlı Fatimənin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Əsmər Əzizova məlumat verib.
O bildirib ki, övladı anadangəlmə böyrək çatışmazlığından əziyyət çəkir:
"Fatimənin iki yaşı var. Doğulandan hər şeyin qaydasında olduğunu düşünsək də, altıaylıq olarkən onun böyrək çatışmazlığından əziyyət çəkdiyini öyrəndik. Həmin gündən də müalicələrə başladıq. Bu müddət ərzində Fatiməni iki dəfə Türkiyəyə müalicə və müayinə üçün aparmışıq. O bizim ilk körpəmizdir. Onun üçün əlimizdən nə gəlir etmişik".
Gənc ana övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib:
"Fatiməni Türkiyəyə aparmaq üçün qızıllarımın hamısını satdım, yoldaşım borc aldı. İndi isə müalicələri davam etdirməyə gücümüz qalmayıb. O bizim yeganə övladımızdır, əlimizdən nə gəlirsə edirik, edəcəyik də. Hazırda çox çıxılmaz vəziyyətdəyik, yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 811-82-06.
Bank Respublika: 4244 4848 4305 6726.
Seçilən
8
50
oxu.az

10Mənbələr