AZ

Türkiyə mətbuatı, 23 oktyabr 2024

 

“Star”: Ərdoğan Meloni ilə danışdı

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın baş naziri Ciorcia Meloni ilə telefonla danışıb. Söhbət zamanı Ərdoğan İtaliyanın dəstəyinin Türkiyənin BMT-də İsrailə silah satışını dayandırmaq təşəbbüsünü gücləndirəcəyini bildirib.

“Hürriyet”: Ərdoğandan FETÖ ilə mübarizədə qətiyyət mesajı

  Türkiyə prezidenti R.T.Ərdoğan Fətullahçı Terror Təşkilatının (FETÖ) başçısı Fətullah Gülənin taleyinin “iblislər kimi şərəfsiz bir ölüm”lə nəticələndiyini bildirib və “FETÖ tamamilə məhv olana qədər mübarizəni qətiyyətlə davam etdirəcəyik” deyib.

“Haber Türk”: Ərdoğan “BRİKS ilə əməkdaşlığı inkişaf etdirmək istəyirik” dedi

  Prezident Ərdoğan Türkiyə olaraq BRİKS ilə əməkdaşlığı səmimiyyətlə inkişaf etdirmək istədiklərini söyləyib: "İnanıram ki, Kazan Sammiti bu işdə mühüm rol oynayacaq".

“Vatan”: Türkiyə müdafiə sektorunda qlobal gücdür

  “Baykar”ın baş direktoru Haluk Bayraktar Türkiyənin müdafiə və aviasiya sənayesinin 2023-cü ildə göz qamaşdıran bir performans nümayiş etdirəcəyini bildirərək deyib: “5,5 milyard dollarlıq ixrac həcmi və 185 ölkəyə çatan 230 çeşiddə məhsul bizim indi qlobal arenada güc olduğumuzu sübut edir".

“Yeni Şafak”: Türkiyə müdafiə sənayesi milli texnologiyaları nümayiş etdirir

  Avropanın ən böyük sənaye klasteri olan “SAHA EXPO” Müdafiə Aviasiya və Kosmos Sənayesi Sərgisi İstanbulda başladı. 120-dən çox ölkədən 1478 şirkətin qatıldığı yarmarkada Türkiyənin müdafiə sənayesi şirkətləri inkişaf etdirdikləri ən son texnologiyaları nümayiş etdirib.



Seçilən
4
trt.net.tr

1Mənbələr