AZ

Lənkəran-Astara bölgəsində yağıntılı hava şəraiti davam edir

Lənkəran-Astara

Bakı, 23 oktyabr, AZƏRTAC

Oktyabrın 23-ü saat 9:00-a olan məlumata əsasən, Lənkəran-Astara bölgəsində yağıntılı, qeyri-sabit hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova AZƏRTAC-a bildirib ki, Lənkəran-Astara bölgəsinə yağan leysan xarakterli intensiv yağışlar nəticəsində düşən yağıntının miqdarı Astarada 64, Lənkəranda 53, Lerikdə 50, Yardımlı 40 millimetr təşkil edir. Lerikin yüksək dağlıq ərazilərinə isə qar yağıb, əmələ gələn qar örtüyünün hündürlüyü 17 santimetr olub.

Lənkəran-Astara bölgəsində müşahidə olunan yağıntılı hava şəraitinin bu gün axşamadək davam edəcəyi gözlənilir.

 

Seçilən
105
43
azertag.az

10Mənbələr