AZ

AMB: BOKT-ların aktivlərinin 1 milyard manatı ötməsi hədəflənir

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) aktivlərinin 1 milyard manatı ötməsi hədəflənir.

FED.az xəbər verir ki, bunu qurumun Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin şöbə rəisi Xəyyam İsmayılov Bakıda keçirilən "Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər" mövzusunda Azərbaycan Mikromaliyyə Konfransında bildirib.

"Hesab edirik ki, növbəti ilin sonuna qədər BOKT-ların aktivlərində 2 dəfə artım olacaq. Sektor aktivlərini artırmaqla yanaşı filial şəbəkəsini də genişləndirməkdədir. BOKT filiallarının sayı 302-yə çatıb. Onlar banklarla müqayisədə daha sürətlə genişlənir. BOKT-larda çalışan işçilərin sayı 3,5 minə çatıb, onların müştərilərinin sayı isə 700 mini keçməkdədir",- deyə o qeyd edib. (Report)

Seçilən
1
1
fed.az

2Mənbələr