La Liqa nəhənglərindən “Barselona”nın sabiq baş məşqçisi Xavi Hernandez “Mançester Yunayted”ə rəhbərlik edə bilər.
Apasport.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Mütəxəssis artıq bir neçə dəfə “qırmızı şeytanlar”ın nümayəndələri ilə görüşüb.
Premyer Liqa klubunun rəhbərliyi baş məşqçi Erik ten Haqla yolları ayırmağı düşünür. Komandanın uğursuz nəticələrinə görə mütəxəssislə vidalaşmağı planlaşdıran klub onun yerinə əsas namizəd Xavini görür.
Qeyd edək ki, “Mançester Yunayted” hazırda Premyer Liqada 12-ci sıradadır.
"Qarabağ" - "Ayaks" matçından öncə konsert təşkil olunacaq
Bonuççi yenidən İtaliya millisində
"Atletiko"da ciddi itki baş verib
Arda Güler ən yaxşı adına namizədlər sırasında
Dieqo Forlan tennis turnirində iştirak edəcək