"Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasının ilk matçında İsveçrənin "Bazel" klubu ilə qarşılaşacaq.
Offsideplus.az xəbər verir ki, Adino Mustedanaqiçin rəhbərlik etdiyi komanda səfərdə, Bazel şəhərindəki "St. Yakob Park" stadionunda mübarizə aparacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayır.
Cavab görüşü noyabrın 6-da Bakıda, saat 18:00-da keçiriləcək.
UEFA Gənclər Liqası
II təsnifat mərhələsi, ilk oyun
23 oktyabr
21:00. "Bazel" (İsveçrə) - "Sabah"
Baş hakim: Patrik Kolariç (Xorvatiya).
Bazel. "St. Yakob Park".