AZ

Qarşılaşdığı 5 oyunun hamısında məğlub olan "Barselona" əzəli rəqibinə qarşı

UEFA Çempionlar Liqasının Liqa mərhələsində III turun oyunlarına bu gün yekunlaşacaq. 

Ucnoqta.az xəbər verir ki, III turda bu gün daha 9 oyun baş tutacaq. "Barselona" doğma meydanda əzəli rəqibi Almaniya "Bavariya"sını qəbul edəcək. 

3 matçda 3 qələbə qazanan və 9 xalla birinci pillədə qərarlaşan "Aston Villa" 36 komandalı liqada liderdir.
“Barselona” və “Bavariya” xal itkisinə görə aşağı pillələrdə qərarlaşıb. Bu dəfə iki komanda çətin qarşılaşmada qalib gəlməyə çalışacaq.

Bu iki komanda arasında keçirilən son 5 matçda 5 dəfə qalib gələn tərəf "Bayern Münhen" olub.
“Bavariya” rəqibinə qarşı keçirdiyi son 5 oyunun hamısında qalib gəlib. Almaniya komandası bu görüşlərdən 3-də 3-0 hesabla qalib gəlib və bir matçda 8-2 hesablı tarixi hesaba imza atıb.

Çempionlar Liqası
Liqa mərhələsi, III tur
23 oktyabr

20:45. "Brest" (Fransa) – "Bayer" (Almaniya)

20:45. "Atalanta" (İtaliya) – "Seltik" (Şotlandiya)

23:00. "Barselona" (İspaniya) – "Bavariya" (Almaniya)

23:00. "Leyptsiq" (Almaniya) – "Liverpul" (İngiltərə)

23:00. "Atletiko" (İspaniya) – "Lill" (Fransa)

23:00. "Mançester Siti" (İngiltərə) – "Sparta" (Çexiya)

23:00. "Yanq Boyz" (İsveçrə) – "İnter" (İtaliya)

23:00. "Benfika" (Portuqaliya) – "Feyenoord" (Niderland)

23:00. "Zalsburq" (Avstriya) – "Dinamo" (Zaqreb, Xorvatiya)

Seçilən
12
2
ucnoqta.az

10Mənbələr