AZ

Moldovada əsas rəqiblər üz-üzə gələcək – Debatın tarixi açıqlandı

Moldovanın hazırkı Prezidenti Maya Sandu və Rusiyanın dəstəklədiyi namizəd Aleksandr Stoyanoqlo noyabrın 3-nə təyin edilmiş prezident seçkilərinin ikinci turundan əvvəl oktyabrın 27-də ictimai debat keçirmək barədə razılığa gəliblər.

“AzPolitika” xəbər verir ki, bu barədə namizədlərin seçki komandalarından verilən açıqlamada bildirilib.

Oktyabrın 20-də keçirilən seçkilərin birinci turunda avropapərəst Sandu 42,49 faiz, sosialist Stoyanoqlo isə, yekun nəticələrə görə, 25,9 faiz səs toplayıb. Seçki kampaniyası Rusiya tərəfindən təşkil edilən seçiciləri rüşvətlə ələ almaq, manipulyasiya və dezinformasiya xəbərləri ilə yadda qalıb.

Moldovada prezident seçkiləri ilə yanaşı ölkənin Avropa İttifaqına inteqrasiyası ilə bağlı referendum keçirilib və bu səsvermədə Avropa İttifaqı tərəfdarları kiçik fərqlə - 50,38 faiz səslə qalib gəlib. Səslərin hesablanması prosesində uzun müddət Avropa İttifaqına üzv olmaq əleyhdarları öndə olub və analitiklər avropayönlü mövqeyin qalib gəlməsini Moldovanın xaricdəki diasporasının topladığı səslərlə əlaqələndirirlər.

Referendumun Moldovanın Brüssellə danışıqlarına heç bir hüquqi təsiri yoxdur. Yekun nəticənin aşkar etdiyi çox kiçik üstünlük Avro-Atlantik kursa daha qəti dəstək gözləyən bir çox analitikləri təəccübləndirib.

“AzPolitika.info”

Seçilən
33
50
azpolitika.info

10Mənbələr