Fransanın 1-ci Liqa klubu “Monpelye”nin yeni baş məşqçisinin adı açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, komanda Jan-Lui Qasseyə tapşırılıb.
Monpelye şəhərinin təmsilçisinin əvvəlki baş məşqçisi Mişel Der Zakaryan Liqa 1-in 8-ci turunda Marsel “Olimpik”inə evdə 0:5 hesabı ilə məğlubiyyətdən dərhal sonra işdən qovulmuşdu.
70 yaşlı mütəxəssis ötən mövsümün ikinci yarısında məhz “Marsel”in müvəqqəti baş məşqçisi kimi fəaliyyət göstərib. Geridə qalan 8 tur ərzində 26 qol buraxan “Monpelye” hazırda turnir cədvəlinin sonuncu pilləsindədir.