Xəbər verdiyimiz kimi, Ankarada hərbi təyyarə və kosmik vasitələrin istehsalçısı olan TUSAŞ korporasiyasının binası yaxınlığında terror aktı və partlayış baş verib.
Bakupost.az xəbər verir ki, CNN-Türk-ün Ankara təmsilçisi hadisə yerində atışmanın davam etdiyini bildirib.
“TUSAŞ-a girmək istəyən qrup əvvəlcə taksiyə partlayıcı yerləşdirib qapının ağzında partladaraq diqqətləri yayındırmaq istəyib. Sonra içəri hücum edənlərlə mühafizə arasında atışma olub. Atışma ara-sıra davam edir. Ankara valisindən rəsmi açıqlama gözləyirik”.
Aygün, BakuPost