AZ

Dünyanın ən böyük çip istehsalçı ABŞ sanksiyalarını pozub?

Dünyanın ən böyük çip istehsalçısı "Taiwan Semiconductor Manufacturing Co" (TSMC) ABŞ sanksiyaları altında olan Çinin "Huawei" şirkətinə çip tədarükü ilə bağlı ABŞ səlahiyyətlilərinin araşdırma hədəfi olduğunu inkar edir. 

Valyuta.az xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.

"TSMC ixrac nəzarəti də daxil olmaqla, bütün qüvvədə olan qayda və qaydalara əməl etməyə sadiqdir", deyə şirkət sözçüsü bildirib.

KİV daha əvvəl ABŞ Ticarət Departamentinin şirkətin "Huawei" smartfonları üçün çiplərin tədarükündə və nəticədə ixrac qaydalarını pozmaqda şübhəli olduğunu bildirmişdi.

TSMC 2020-ci ilin sentyabrından bəri Çin istehsalçısına çiplər vermədiyini iddia edir. "Huawei" 2019-cu ilin may ayında milli təhlükəsizlik səbəbi ilə ABŞ Ticarət Nazirliyi tərəfindən qara siyahıya salınıb. 

TSMC dünyanın ən böyük elektron çip istehsalçılarından biridir. 2023-cü ildə TSMC gəlir baxımından "Intel" və "Samsung"u qabaqlayaraq 69,3 milyard dollar qazanıb. Şirkət əsas obyektlərinin yerləşdiyi Tayvana əlavə olaraq ABŞ, Yaponiya və Almaniyada çip istehsalı zavodları tikir.

Paşa Məmmədli

Seçilən
105
2
valyuta.az

10Mənbələr