AZ

Bələdiyyələr də dövlətdən qrant alacaqlar...

Image

Vüqar Tofiqli: “Bələdiyyələrin qrant layihəsi ilə şəffaflıq tam şəkildə təmin olunacaq

Bələdiyyələr qrant ala biləcəkBuMilli Məclisin ötən  iclasında müzakirəyə çıxarılan “Qrant haqqında” Qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.  

Dəyişiklik bələdiyyələrin maliyyə resurslarına çıxışının artırılması məqsədilə onlara qrant verilməsinin hüquqi əsaslarının yaradılması və tənzimlənməsi üçün hazırlanıb.

Qeyd edək ki, qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bələdiyyələrin maliyyə resurslarının artırılması ilə bağlı atılan hər bir addım təqdirəlayiqdir

Məsələ barədə fikir bildirən  “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bələdiyyələrin maliyyə resurslarının artırılması ilə bağlı atılan hər bir addım təqdirəlayiqdir. Bu qərar sayəsində maliyyəsi az olan bələdiyyələrin büdcə gəliri artacaq. Beləliklə, həmin bələdiyyələr öz ərazilərində hansısa layihənin icrasına dəstək vermis olacaqlar: “Bu qanunla bağlı onu da deyim ki, prosesin icrası ilə bağlı normativ hüquqi sənədlər, müəyyən əsasnamə eyni vaxtda qəbul edilib təsdiq edilməlidir və bələdiyyənin ixtiyarına verilməlidir. Qanun qəbul edilir, ancaq onun icra mexanimiz aylar, illər çəkir. Nəticədə də bələdiyyə uduzur. Bu səbəbdən də hesab edirəm ki, adıçəkilən qanun qəbul edilməklə yanaşı, qanundan irəli gələn müddəalar da öz həllini tapmalıdır. Bundan əlavə, bu prosesin necə icra olunacağı, hansı qurum tərəfindən nəzarət olunacağı da açıqlanmalıdır. Həmçinin, bələdiyyələrin qrant layihəsi şəffaf şəkildə keçiriləcəkmi?  Bu kimi suallara cavab açıqlanmalıdır”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, hər il 4-5 bələdiyyəyə Maliyyə Nazirliyi tərəfindən subvensiya  ayrılır: “Təəssüf ki, Maliyyə Nazirliyi tərəfindən keçirilən bu layihə ilə bağlı şəffaflıq təmin olunmur. Guman edirəm ki, bələdiyyələrin qrant layihəsi ilə şəffaflıq tam şəkildə təmin olunacaq. Bu işdə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi olacaq”.

Günel CƏLİLOVA





Seçilən
32
baki-xeber.com

1Mənbələr