AZ

Bugün bürcünüz sizə nələr vəd edir?

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik...

Qoç - günün ilk yarısı əsl "sədlərin dəf olunması" zamanıdır. Çətinliklərin sayı azalmayacaq. Kənardan yardıma və ya dəstəyə bel bağlamayın. İndiyədək sizi hər şəraitdəki problemlərdən qurtarmağa çalışan insanlar müraciətinizi qulaqardına vuracaqlar.

Günün ikinci yarısında müsbət təmayüllərin təsiri güclənəcək. Saatlar keçdikcə situasiya yaxşılaşacaq. İşgüzar hissiyatınız və duyumunuz iti olmalıdır. Anlaşmalar və müqavilələr gəlir vəd edir. Alış-veriş pis deyil.

Axşam saatları qeyri-adi romantik münasibətlər olacaq. Parlaq və yaddaqalan emosiyalar olacaq.

Buğa - daha tez, daha çox gəlir əldə etmək istəyirsinizsə, uğurlu gündür. Aktiv kommersiya fəaliyyəti yaxşı gəlir verəcək. Müttəfiqlərinizi diqqətlə seçin. Yanılmayın, ciddi səhvlər etməyin.

Günün ikinci yarısı aqressiv olmayın, güzəştlərə hazır olun. Az sonra rəhbərliyi altında çalışacağınız insanla münasibətləri rəvan edin. Sevdiyiniz insana hədiyyə edin. Kiçik problemlər sizi narahat etməsin.

Axşam saatlarında normal istirahət edin.

Əkizlər - peşəkar fəaliyyət müstəvisi ilə yanaşı, maliyyə məsələlərində də dəyişikliklərin rəhni bu gün yaranacaq. İşgüzar məziyyətlərinizi nümayiş etdirin. Özünüzü çox reklam etməyin. Gəlir əldə etmək, təriflər eşitmək mümkündür. Karyeranızda irəliləyişlər istisna deyil.

Günün ikinci yarısında şəxsi münasibətlərdəki durum sizi sevindirəcək. Ənənəvi qaydaları pozmaqdan çəkinməyin. Təşəbbüskar olun. Sevdiyiniz insanın cəsarətli ideyasını dəstəkləyin.

Uzunmüddətli planları müzakirə etmək mümkündür.

Xərçəng - günün ilk yarısında yaranan imkanlar və şanslardan yetərincə faydalanmağa çalışın. Dürüst davranış modelini seçin. Situasiyadan öz xeyrinizə istifadə edin.

Soyuqqanldı olun, emosiyalara nəzarət edin. Təxribatlara uymayın.

Günün ikinci yarısı işlər üçün münasib zamandır. Ciddi cəhdlər göstərmədən yaxşı gəlirlər əldə etmək olar. Gələcək irəliləyişlərin təməlini indi yaratmaq olar.

Axşam saatlarına yaxın yaradıcılıq potensialınızın səviyyəsi artacaq. İstənilən formada eksperimentlərdən çəkinməyin. Nəticələr gözlədiyinizdən də yaxşı olacaq.

Şir - əlverişli və yaxşı zamandır. Önəmli saydığınız işdə ciddi uğurlara nail ola bilərsiniz. Məhsuldar çalışmaqla peşəkar fəaliyyət müstəvisindəki mövqelərinizi daha da səbatlı edə bilərsiniz. Faydalı işgüzar əlaqələrin sayını artırın.

Günün ikinci yarısında alacağınız informasiya az sonra karınıza gələ bilər. Asan qələbələrə bel bağlamayın. Effektiv fəaliyyət normal sonuclar verəcək.

Zəhmət çəkmədən nəyəsə nail olmaq mümkün deyil.

Axşam saatlarına yaxın sərfəli anlaşmalar və uğurlu alış-veriş ola bilər. Nəqliyyat vasitəsi almaq üçün münasib zamandır. Şəxsi həyatınızda önəmli dəyişikliklər yaşanmayacaq. Narahat olmayın.

Qız - ehtiyatlı və sərvaxt olun. Hesablamalarda səhvlərə yol verməyin. İntuisiyanız kəskin olmalıdır. Adi günlərdən fərqli olaraq səhih qərarların qəbulunu uzunmüddətli prosesə döndərməyin. Yaradıcı yanaşma, məsələlər qeyri-standart baxış tələb edən işlərlə məşğul olun.

Günün ikinci yarısında əks cins mənsubu ilə ünsiyyətdə kobudluq etməyin. Pul və əmlak məsələlərində ixtilaf yarana bilər. Axşam saatlarını evdə keçirin.

Tərəzi - çətinliklərdən xali olmayan zamandır. Situasiya ümumən pis olmasa da, problemlər və çətinliklərin sayı az deyil. Çoxsaylı mübahisələrdə mövqenizi qoruyun. Rəqiblərin qarşısında geri çəkilməyn.

Sonrakı hadisələr haqlı olduğunuzu göstərsə də, bütün bunlar, sadəcə, mənəvi razılıq hissi yaradacaq.

Günün ikinci yarısında bütün diqqəti ötən həftə başladığınız işlərin başa çatdırılmasına yönəldin. Peşəkar fəaliyyət müstəvisində irəliləyişlərə nail olmağa can atın. Yaxşı heç nə gözləmədiyiniz insan sizə yardım edə bilər.

Onun etibarlı müttəfiqə çevrilməsi ehtimalı da var.

Əqrəb - gərgin və qarışıq zamandır. Emosional fon əlverişsizdir. Yaxın ətrafınızdakı insanlar sizdən təmkinli və soyuqqanlı davranış istəyirlər. Tələsik qərarlar verib səhvlərin sayını artırmayın.

İşdə rəhbərliklə mübahisə etməyin. İndiyədək mövqelərinə və nüfuzlarına şübhə etmədiyiniz insanlarla sərt mübahisələrə başlamayın.

Günün ikinci yarısında yaxınlarınız sizə ümid etdiyiniz şəksiz dəstəyi verməyəcəklər. Əvəzində xeyli faydalı məsləhətlər eşidə bilərsiniz.

Romantik görüşə hazırlaşanda sayıq olun. Ən kiçik xırdalıq planları poza bilər.

Oxatan - günün ilk yarısından maksimal effektiv şəkildə yararlanın. Bir sıra ideyalar və planların həyata keçirilməsi üçün əlverişli zamandır. Başladığınız işin maraqlı olmasına çalışın. Saatlar keçdikcə emosional fon gərginləşəcək. Yaxın ətrafınızdakı insanlarla münasibətlərinizi gərməyin.

Sevdiyiniz insanlarla təmaslarda günün ikinci yarısında problemlər yarana bilər.

Ailə üzvləri ilə dil tapmaq asan deyil. Onların sizə xeyli iradları var. Münasibətləri aydınlaşdırmağa tələsməyin. Önəmli hesab etdiyiniz məsələlərin müzakirəsini təxirə salın. Sevdiyiniz insanları sevindirməyə macal tapın.

Oğlaq - hadisələr gözlədiyiniz kimi inkişaf edəcək. Qarşınıza qoyduğunuz məqsədə çatmağa kimsə sizə mane olmamalıdır. İşdəki kiçik anlaşılmazlıqlar qısa müddətdə aradan qaldırılacaq. Davranış modelini seçəndə yanılmayın. Situasiyanın diqtə etdiyi addımları atın.

Günün ikinci yarısı şəxsi münasibətlərlə bağlı önəmli məsələlərin müzakirəsi və təhlili üçün yararlı deyil. Əldə etdiyiniz məlumatların hamısı səhih deyil. Yaşlı qohumlara diqqət göstərin, qayğıkeş olun. Onlarla ünsiyyətdə fayda var.

Dolça - ən yaxşı məziyyətlərinizi nümayiş etdirin. Köhnə rəqibi üstələyin, işinizdə uğurlara nail olun. Bunun üçün şübhələri bir kənara qoyaraq iradə və qətiyyətlə çalışmaq gərəkdir. Doğrudur, ilk dönəmdə müttəfiqləriniz az olacaq. Amma sonradan onların sayı artacaq. Belə adamların yardımlarına ehtiyacınız var.

Günün ikinci yarısı şəxsi münasibətlər üçün əlverişlidir. Sevdiyiniz insanı sevindirin, onunla ünsiyyətdə olun. Axşam saatları görüş və danışıqlar üçün münasib zaman deyil. Yeni tanışı dürüst qiymətləndirə bilməyəcəksiniz.

Balıqlar - maliyyə məsələlərinin həlli, alış-veriş üçün əlverişli zamandır. Pulla bağlı məsələləri çözə bilərsiniz. Faydalı əlaqələrin sayını artırın. Əməkdaşlığı gəlirlərinizi artırmağa imkan verən insanlarla çalışmağa başlayın. Qarşı tərəfdə özünüzlə bağlı xoş təəssürat yaratmağa can atın.

Xarici görüşünüzə fikir verin.

Sevdiyiniz insanla günün ikinci yarısında fikir ayrılıqları yarana bilər. İncik, küsəyən olmayın. Xoş davranışlı, mədəniyyət və etikalı insanlarla mümkün qədər çox ünsiyyətdə olmağa çalışın. Belə adamlarla söhbətlər pozitiv əhval yarada bilər.(Milli.Az)

Poliqon.info

 

Seçilən
81
11
poliqon.info

10Mənbələr