Azərbaycanın UEFA Gənclər Liqasındakı təmsilçisi “Sabah” bu gün Çempionlar yolunun 2-ci təsnifat mərhələsində ilk oyununa çıxıb.
QOL.az xəbər verir ki, “Sabah”ın U-19 komandası İsveçrədə yerli “Bazel” kollektivinin qonağı olub. St.Yakob-Park stadionunda keçirilən görüşdə "Sabah" 0:6 hesabı ilə uduzub.
Bu komandalar arasında cavab matçı noyabrın 6-da Bakıda keçiriləcək.
23 oktyabr
21:00.“Bazel” (İsveçrə) – “Sabah” - 6:0
Baş hakim: Patrik Kolariç (Xorvatiya)
St. Yakob-Park stadionu