AZ

Rusiya 130 ukraynalı əsgərə cinayət işi açdı

Rusiya İstintaq Komitəsi Ukrayna Silahlı Qüvvələrinin 130 əsgərinə Kursk vilayətinin işğalı zamanı törətdikləri cinayətlərə görə işi açıb.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi "Telegram" kanalında məlumat yayıb.

“Müəyyən edilib ki, 2024-cü il avqustun əvvəlindən oktyabr ayına kimi Ukrayna Silahlı Qüvvələrinin avtomat atıcı və iriçaplı odlu silahlarla silahlanmış 130-dan çox silahlısı partlayıcı qurğulardan, o cümlədən hərbi texnikadan istifadə etməklə dövlət sərhədini qanunsuz keçib”, - İstintaq Komitəsi məlumatda deyilir.


Müəllif: Arzu
Seçilən
31
2
teleqraf.com

3Mənbələr