Türkiyə Silahlı Qüvvələri TUSAŞ-da terror hücumundan sonra İraq və Suriyada PKK-nın hədəflərinə zərbələr endirir.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə məlumatı təhlükəsizlik mənbələri yerli mətbuata ötürüb.
Türkiyə Milli Müdafiə Nazirliyindən əməliyyatla bağlı verilən açıqlamada deyilir:
“İraq və Suriyanın şimalında terrorçu hədəflərə qarşı hava əməliyyatları keçirilib. 32 hədəf müvəffəqiyyətlə məhv edilib. Hava əməliyyatlarımız qətiyyətlə davam edir”.