AZ

Bu il avtobus sürücülərinin təqsiri ucbatından 17 nəfər hayatını itirib

Bakı. Trend:

Son vaxtlar avtobus və mikroavtobus sürücüləri tərəfindəntez-tez yol-nəqliyyat hadisələrinin törədildiyinin şahidi oluruq.Təsadüfi deyil ki, təkcə cari ilin 9 ayı ərzində respublikaərazisində avtobus və mikroavtobusların iştirakı ilə 1806yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə avtobussürücülərinin təqsiri ucbatından 17 nəfər hayatını itirib, 25 nəfərisə xəsarət alıb. Bu statistikanın yekun hüquqi qiymətini almışyol-nəqliyyat hadisələrini ifadə etdiyini və hələ onlarla icraatınibtidai araşdırma mərhələsində olduğunu nəzərə alsaq, görərik ki,bu sahədə vəziyyət heç də ürəkaçan deyil.

Bu barədə Baş DYP İdarəsindən Trend-ə verilən məlumatda qeydolunub.

"Təhlillər göstərir ki, ölkəmizdə avtobus və mikroavtobuslarıniştirakı ilə qeydə alınan yol-nəqliyyat hadisələrinin ağırlıqdərəcəsinin artmasına əhəmiyyətli dərəcədə təsir göstərən başlıcaamillərdən biri də qəzada iştirak edən ictimai nəqliyyatvasitələrinin köhnəlmiş, texniki-təhlükəsizlik baxımından yararsızolmasıdır.

Araşdırmalar zamanı qeyri-qanuni yollarla texniki baxışdanyayındırılan, nasaz halda istismar edilən avtobusların əsasənmərkəzdən kənarda, Bakıətrafı kənd və qəsəbələrdə fəaliyyətgöstərdiyi müəyyən edilib. Həmin sürücülərin, eləcə də avtobuslarınməxsus olduğu şirkətlərin müəyyən edilməsi, bu sahədənizam-intizamın yaradılması məqsədi ilə Baş Dövlət Yol Polisİdarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraqnəzarət-profilaktik tədbirlər həyata keçirilir.

Lakin, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də,dövlət qeydiyyat nişanını müxtəlif üsullarla gizlədərək inzibatiməsuliyyətdən yayınmağa çalışan, nasaz vəziyyətdə olan avtobus vəmikroavtobuslarla sərnişin daşıyan, alkoqoldan, naktotikvasitələrdən istifadə edərək sərxoş vəziyyətdə sərnişinlə doluavtobus idarə edən sürücülərə rast gəlinir ki, bu da sonda böyükfaciələrin yaşanmasına gətirib çıxarır.

Bir daha texniki standartlara cavab verməyən, insanların həyatvə sağlamlığı üçün təhlükə yaradan avtomobillərlə sərnişindaşımafəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin nəzərinəçatdırırıq ki, bu kimi hallar aşkarlandığı təqdirdə həmin şəxslərbarəsində ciddi tənbeh tədbirləri görüləcəkdir", - deyə məlumatdaqeyd olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
324
31
az.trend.az

10Mənbələr