AZ

Dövlət Xidməti “Kontakt Home”u satılmış malı dəyişdirmədiyinə görə cərimələdi

“Kontakt Home” əmtəə nişanı altında fəaliyyət göstərən "ABC-Telecom" MMC satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarını pozduğuna görə cərimələnib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Protokol tərtib olunan maddədə deyilir ki, satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir.

 

 

Seçilən
1
2
iqtisadiyyat.az

3Mənbələr