AZ

“Koreya əsgərləri qanuni hədəf olacaqlar” - Kirbi onların Rusiyaya necə gətirildiyini açıqladı

Rusiyada yerləşən Şimali Koreya qoşunları Ukraynadakı döyüşlərə cəlb olunarsa, qanuni hədəfə çevriləcəklər.

“AzPolitika” xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi son brifinqdə deyib: “Əgər Şimali Koreya əsgərləri Ukraynada döyüşmək qərarına gəlsələr, onlar qanuni hərbi hədəfə çevriləcəklər”.

ABŞ rəsmiləri çərşənbə günündən başlayaraq, Şimali Koreya qoşunlarının Rusiya ərazisində olmasına dair sübutların olduğunu deməyə başlayıblar. Əvvəllər bunu yalnız Kiyev və Seul iddia edirdi. Moskva isə bu barədə suallardan yayınır. Şimali Koreya diplomatları Rusiyaya qoşun göndərmədiklərini iddia edirlər.

Con Kirbi daha sonra deyib: “Şimali Koreya Rusiyanın şərqinə ən azı üç min əsgər göndərib. Bu əsgərlər gəmi ilə Şimali Koreyadan Vladivostoka, daha sonra Rusiyanın şərqindəki müxtəlif təlim bölmələrinə gediblər”.

Eyni zamanda Kirbi “ABŞ-nin Rusiyada yerləşən Şimali Koreya hərbçilərinin Ukraynadakı hərbi əməliyyatlarda iştirak edib-etməyəcəyi barədə məlumatının olmadığını” açıqlayıb.

Bundan əvvəl “The Financial Times” qəzeti Ukrayna rəsmilərinə istinadla yazıb ki, Şimali Koreya Rusiyaya 12 minə yaxın hərbçi göndərib. Bu əsgərlər arasında xüsusi təyinatlıların da olduğu iddia edilir.

Öz növbəsində, Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Kiyevdə KXDR-dən hər biri altı minlik iki briqadanın Rusiya tərəfində müharibədə iştirak etməyə hazırlandığı barədə məlumat var.

“AzPolitika.info”

Seçilən
47
13
azpolitika.info

10Mənbələr